Çoxqatlı təhlükəsizlik

Qlobal araşdırma laboratoriyalarımız ESET-in əvəzsiz qorumasının inkişaf etdirilməsinə bayraqdarlıq edir.

Qorunan bir cihazda bir təhdidi fərqli vaxtlar aşkarlamaq və bloklamaq üçün müxtəlif əsas ESET texnologiyaları işə düşür:

Anti-Virus və Anti-Cəsus Proqramlari
Hər növ onlayn və oflayn təhdidə qarşı proaktiv müdafiə təmin edir və zərərli proqramların başqa istifadəçilər arasında yayılmasının qabağını alır.

Qabaqcıl Maşın Öyrənməsi
Buluddakı ESET Maşın Öyrənməsinə əlavə olaraq, bu proaktiv qat maşının özündə işləyir. Xüsusilə daha əvvəl görülməmiş, qabaqcıl zərərli proqramlı aşkarlamaq üçün hazırlanıb və performansa təsiri çox aşağıdır.

Boşdayanma Skanı
Kompüteriniz istifadə edilməyəndə dərininə skanlar gerçəkləşdirərək sistem performansına kömək edir. Potensial aktiv olmayan təhdidləri zərər vurmamışdan qabaq aşkarlamağa kömək edir.

Bulud Əsasli Skan
ESET Live Grid® data bazasına əsasən ağ listləmələrək edərək skanları sürətləndirir. Bilinməyən zərərli proqramları, davranışlarına əsasən bulud əsaslı etibar sistemimizlə müqayisə edərək proaktiv formada dayandırır.

Script Bazali Hücum Müdafiəsi
Windows Powershell-dən istifadə etməyə çalışan zərərli əmr fayllarının hücumlarını müəyyən edir. Bundan başqa, brauzeriniz vasitəsilə hücum edə biləcək zərərli javascriptləri də aşkarlayır. Mozilla Firefox, Google Chrome, Microsoft Internet Explorer və Microsoft Edge brauzerlərinin hamısını dəstəkləyir.

Sistem Qeydiyyat Dəftəri Skanı
Microsoft Windows əməliyyat sistemi və qeyd dəftərini istifadə etməyi seçən tətbiqlər üçün aşağı səviyyəli parametrləri yadda saxlayan ierarxik bir databaza olan Windows Qeydiyyat Dəftərində data olaraq pərçimlənmiş viruslu fayllara və ya zərərli proqramlara referanslar axtarır.

Brute-Force Hücumu Müdafiəsi
Bütün hərf, rəqəm və simvol kombinasiyalarını sistematik olaraq sınayaraq, hədəflənmiş bir parolu kəşf etmə üsulu olan brute-force hücumlarını bloklayır.

Fayllari Yükləyərkən Skan
Yükləmə əməliyyatı ərzində müəyyən fayl növlərini (məsələn, arxivlər) skan edərək skan müddətini qısaldır.

Şantaj Virusu Qalxani
Bir şantaj ödənişi tələb etmək üçün şəxsi datalarınıza girişinizi bloklamağa çalışan zərərli proqramlı bloklayır. Lokal və şəbəkə dravyerlərində tapa bildiyi qədər çox faylı şifrələyərək cihazlara zərər verməyə çalışan zərərli proqramlara qarşı müdafiə təmin etmək üçün qabaqcıl davranış əsaslı aşkarlama texnikaları istifadə edir.

Host Əsaslı Hücum Bloklama Sistemi (HIPS)
Sistemin davranışını daha ətraflı olaraq fərdiləşdirməyinizi təmin edir. Təhlükəsizlik səviyyənizi təyin edə bilməyiniz üçün sistem qeydiyyat dəftəri, aktiv əməliyyatlar və proqramlar üçün qaydalar təyin etməyinizi təmin edir. Qabaqcıl zərərli proqram inyeksiya texnikaları ilə dəyişdirilə bilən yaddaş hissələrini skan etmək üçün ən yeni izləmə xüsusiyyətlərini istifadə edir.

WMI Skan
Windows mühitindəki cihazları və tətbiqləri idarə edən bir alətlər toplusu olan Windows İdarəetmə Alətlərində data olaraq pərçimlənmiş viruslu fayllara və zərərli proqramlara referenslar axtarır.

Qabaqcil Yaddaş Skani
Fəaliyyətini gizlətmək üçün çoxlu şifrələmə qatları istifadə edən, inadkar zərərli proqramların daha yaxşı qavranmasını təmin edir.

UEFI Skan
UEFI interfeysinə sahib sistemlərdə Windows hələ işlədilməyə başlamamışdan əvvəl kompüterinizə hücum edən təhdidlər qarşı daha dərin səviyyədə müdafiə təmin edir.


ESET LiveGuard MƏHSULA DAXİL DEYİL
Sizə məxsus, daha əvvəl heç təyin edilməmiş təhdid növlərini kəşf etmək və bloklamaq üçün hazırlanmış yeni xidmət. Dokumentlər, əmr faylları, yükləyicilər və icraedilən fayllar daxil olmaqla, çox fərqli fayl növlərini emal edir. Şübhəli fayllar ESET HQ Buludu daxilində etibarlı və müdafiə olunan bir mühitdə işlədilir.

ESET Smart Security Premium ilə mövcuddur