Hərtərəfli qoruma

ESET aşağıdakı xüsusiyyətlərə hesabına həssas datalarınızı, onlayn ödənişlərinizi, şifrələrinizi, smart evinizi, veb kameranızı və övladlarınızı qoruyur:

Cihaz İnspektoru
Şəxsi məlumatlarınızın icazəsiz şəxslər tərəfindən xarici cihazlara kopyalanmasını bloklamağınıza imkan yaradır. CD, DVD, USB yaddaş və xarici disk kimi yaddaş cihazlarını bloklamağınıza şərait yaradır. Bluetooth, FireWire və ardıcıl/paralel qoşulma nöqtələri vasitəsilə qoşulan cihazları bloklamağınıza kömək edir.

Fişinq Qoruması
İstifadəçi adı, şifrə və bankçılıq məlumatları kimi həssas datalarınızın və gizliliyinizin orijinallarını təqlid edən saxta veb saytlar tərəfindən oğurlanmasının qarşısını alır. Sizi homoqlif hücumlardan müdafiə edir (Keçidlərdəki simvolları bənzər görünən, ancaq əslində fərqli olanlarla dəyişdirir).


Şəbəkə İnspektoru MƏHSULA DAXİL DEYİL
Ev ruterinizi zəif şifrələr və aktual olmayan məhsul təminatı kimi təhlükəsizlik boşluqlarına qarşı test etməyinizi təmin edir. İnkişaf etdirilmiş cihaz qavrama xüsusiyyəti ilə ruterə bağlı cihazların (smart telefonlar, smart cihazlar) girişi asan siyahısını təmin edərək sizə kimin qoşulduğunu (cihaz adı, IP adresi, MAC adresi və s) göstərir. Smart cihazlarınızı təhlükəsizlik boşluqlarına qarşı skan edir və potensial təhlükələri necə həll edə biləcəyinizə aid təkliflər təqdim edir. Bir şəbəkəni ŞƏBƏKƏM (təkcə etibarlı şəbəkələr üçündür) olaraq qeyd etmək imkanı yaradır.

ESET Internet Security ilə mövcuddur

Botnet Müdafiəsi MƏHSULA DAXİL DEYİL
Botnet zərərlərinə qarşı əlavə təhlükəsizlik tədbirləri ilə kompüterinizin arzuolunmaz e-mail, şəbəkə hücumu kimi fəaliyyətlərdə istifadə edilməsini bloklayır. Şəbəkə imzaları yoluxucu trafikin daha sürətli aşkarlanması üçün istifadə edilən yeni metoddur.

ESET Internet Security ilə mövcuddur

Password Manager MƏHSULA DAXİL DEYİL
Şifrələrinizi qoruyub formalaşdırmağınıza, anketləri avtomatik doldurmağınıza və çox güclü şifrələr yaratmağınıza kömək edir. Xatırlamalı olduğunuz tək şey əsas şifrənizdir. Bundan başqa, hər veb saytdan çıxış edə bilər və axtarış keçmişinizi distant olaraq təhlükəsiz saxlaya bilərsiniz. Təhlükəsizlik hesabatı ilə hesabınızın təhlükəsizliyi haqqında məlumat sahibi ola və şifrələriniz təhlükəəd olduğunda təhlükəsizlik bildirişləri ala bilərsiniz. IOS sifət tanıması inteqrasiya edilib və şifrələrinizin təhlükəsizliyini daha da artırmaq üçün Google Authenticator ilə iki faktorlu autentifikasiya (2FA) daxil edilə bilər.

ESET Smart Security Premium ilə mövcuddur.

Valideyn Nəzarəti MƏHSULA DAXİL DEYİL
Övladınızın yaşına uyğun, əvvəlcədən müəyyən edilmiş kateqoriyalardan birini seçməyinizə imkan yaradır. Tənzimləmələrin dəyişdirilməsinə və proqramın icazəsiz silinməsinə qarşı şifrə müəyyən edə bilirsiniz.

ESET Internet Security ilə mövcuddur

Veb Kamera Müdafiəsi MƏHSULA DAXİL DEYİL
Kompüterinizdə işləyən bütün servis və proqramların kameraya giriş istəklərini davamlı olaraq nəzarətdə saxlayır. Kameraya gözlənilməz girişlərdə təhlükəsizlik bildirişi göndərir və bloklamağınıza imkan yaradır.

ESET Internet Security ilə mövcuddur

Təhlükəsizlik Divarı MƏHSULA DAXİL DEYİL
Kompüterinizə icazəsiz girişi və şəxsi datalarınızın səhv istifadəsinin qarşısını alır.

ESET Internet Security ilə mövcuddur

Şəbəkə Hücumu Müdafiəsi MƏHSULA DAXİL DEYİL
Təhlükəsizlik divarından əlavə, kompüterinizi zərərli şəbəkə trafikindən avtomatik olaraq müdafiə edir və təhlükəli trafik şablonlarının ortaya çıxartdığı təhdidləri bloklayır.

ESET Internet Security ilə mövcuddur

Antispam MƏHSULA DAXİL DEYİL
Arzuolunmaz e-maillərin poçt qutunuzu doldurmasının qarşısını alır.

ESET Internet Security ilə mövcuddur