Proaktiv Anti-Theft

Əgər itərsə, telefonunuzu qorumağınıza və tapmağınıza kömək edən möhtəşəm funksiyalar.

Proaktiv Anti-Theft
Şübhəli davranış aşkarlananda hərəkətə keçir. Səhv ekran kilidi (PIN, şifrə, təsvir) daxil edilərsə və ya icazəsiz SIM kart taxılarsa, cihaz kilidlənir və telefon kameralarından ani görüntülər avtomatik olaraq my.eset.com-a göndərilir. Məlumatlar telefonun yerini, cari IP adresini, əlavə olunan SIM məlumatlarını və digər dataları əhatə edir. İstifadəçi cihazı my.eset.com adresində itmiş cihaz olaraq işarələyə bilər və Yer İzləməni başlada bilər və ya Xüsusi Ekran Mesajı göndərə bilər və ya hətta cihaz fayllarını silə bilər.

Yer İzlənməsi
Cihaz itmiş olaraq işarətləndiyində yeri mütəmadi olaraq my.eset.com-a göndərilir və xəritə üzərində nümayiş edilir və beləliklə, bu müddət ərzində cihazınızın yerini izləməyinizə kömək edir. Cihazın yeri dəyişərsə, aktual izləmə üçün yeri bu adresə göndərilir: my.eset.com

Zəif Batereya Xəbərdarlığı
Cihazın enerjisi azaldığında mövcud yerini və kamera ani görüntülərini cihaz sönməmişdən qabaq avtomatik olaraq my.eset.com-a göndərir.

Xüsusi Ekran Mesaj
Cihazı tapan şəxs ilə kommunikasiya qurmaq üçün itmiş cihazınıza xüsusi bir mesaj göndərin. Cihaz kilidli olanda da mesaj ekranda görünəcəkdir.

Ani Kamera Görüntüləri
Cihaz itmiş olaraq işarələndiyində telefonun ön və arxa kamerasında ani görüntülər avtomatik və mütəmadi olaraq my.eset.com-a göndərilir. Bu yerini və ya onu tapan müəyyən etməyə kömək edir.

SIM Qoruması
Telefonunuz itərsə, nəzarətin sizdə qalmasını təmin edir. İcazəsiz SIM kart taxıldığında telefonunuz kilidlənəcəkdir.

Anti-Theft Optimizasiyası
Tənzimləmələrdə Anti-Theft funksiyası məhdudlaşdırılarsa (məsələn, GPS bağlanarsa) avtomatik olaraq bildiriş göndərilir.