Sürətli və yüngül antivirus müdafiəsi

ESET NOD32 Antivirus

ESSENTIAL SECURITY 2023 EDITION

Windows və macOS cihazlarını müdafiə edir.

Əfsanəvi antivirus texnologiyası

Fişinq Qoruması

Ləngimələr olmur

Çoxqatlı proaktiv müdafiə

Datalarınızı və pulunuzu rəqəmsal fırıldaqçılardan qoruyun. İstifadəçi adı, şifrə və ya bankçılıq məlumatları kimi həssas datalarınızın və məxfiliyinizin orijinallarını təqlid edən saxta veb-saytlar tərəfindən oğurlanmasının qarşısını alır.

Dayanmalar olmadan kompüterinizin bütün gücündən zövq alın. Kompüterinizin performansına təsir etmədən oynayın, işləyin və internetdə gəzişin. Batereyaya qənaet rejimi ilə kompüterinizə cərəyana qoşmadan daha uzun müddət onlayn qalın və xoşagəlməz pop-up mesajları olmadan oyun oynamaqdan zövq alın.

Hər növ zərərli virus təhdidindən qorunan internet dünyasını kəşf edin. Şantaj virusu, soxulcan proqramlar, rootkit və casus proqramlar daxil bütün rəqəmsal təhdidləri aşkarlayır və neytrallaşdırır. Əlavə olaraq, aşkar edilməkdən qaçmağa çalışan üsullara qarşı qoruyur və məqsədli hücumları, istismarları bloklayır.

70M+
qlobal istifadəçi təhlükəsizlikdə
70+
prestijli VB100 mükafatı
1
ildir ən təkmil IT təhlükəsizlik
1
qlobal Tədqiqat və İnkişaf mərkəzi

 

Bütün fərdi cihazlarınızı qoruyun

Dəstəklənən əməliyyat sistemləri Hər həllimiz müxtəlif əməliyyat sistemləri ilə işləməyə uyğundur.

Daha əvvəl görülməmiş təhdidlərə qarşı qoruma LiveGuard sizə məxsus, daha əvvəl heç təyin olunmamış təhdid növlərini kəşf etmək və dayandırmaq üçün dizayn edilmiş yeni xidmətdir.

Xüsusiyyətlər məhsula görə dəyişir

Şifrə idarəsi Bütün şifrələrinizi cihazlar arasında etibarlı bir formada saxlamaq və bölüşmək üçün təkcə bir şifrəni xatırlayın.

Xüsusiyyətlər məhsula görə dəyişir

Həssas data şifrələməsi USB və ya noutbuk itirildiyində faylların, qovluqların və xarici drayverlərin hərbi səviyyədə şifrələnməsi. Etibarlı partnyorluq və data paylanılmasını təmin edir.

Xüsusiyyətlər məhsula görə dəyişir

Məxfilik və bankçılıq qoruması Datalarınıza və veb kameranıza icazəsiz girişi və zərərli istifadələri bloklayın, onlayn pul köçürmələrinizi və övladlarınızın onlayn internet istifadəsini təhlükəsiz prosesə çevirin.

Xüsusiyyətlər məhsula görə dəyişir

Şəbəkə və smart cihazların qorunması Wi-fi şəbəkələrinizi arzuolunmaz qonaqlardan qoruyun və ruterinizə bağlı smart cihazlarını test edin.

Xüsusiyyətlər məhsula görə dəyişir

Zərərli proqram təminatından, şantaj viruslarından və fişinqdən qoruma Çoxqatlı anti-virus texnologiyası hər növ onlayn təhdidə qarşı müdafiə təmin edir.

Xüsusiyyətlər məhsula görə dəyişir

PREMIUM SECURITY
ESET Smart Security Premium

Windows, macOS, Android

ESET Internet Security

TÖVSİYƏ EDİLƏN

ADVANCED SECURITY
ESET Internet Security

 

Windows, macOS, Android

ESET NOD32 Antivirus

ESSENTIAL SECURITY
ESET NOD32 Antivirus

Windows, macOS


ESET HOME ilə rəqəmsal təhlükəsizliyinizi idarə edin və ən yüksək səviyyəyə qaldırın

  • Tək bir yerdən lisenziyalarınızı endirin və ya yeniləyin ya da yeni cihazlar əlavə edin Əməliyyat sisteminiz üçün uyğun qorumanı endirin. Ehtiyac olduğunda başqa cihaz əlavə edin.
  • Ümumi müdafiə vəziyyətinizə uzaqdan nəzarət edin Cihazlarınızın təhlükəsizlik vəziyyətini real-zamanlı izləyin və hər zaman vacib bildirişləri alın. Təkcə Windows və Android əməliyyat sistemi üçün.
  • Müdafiəni ailəniz və dostlarınızla bölüşün Rəqəmsal təhlükəsizliyinizi bir neçə toxunuşla bölüşün, hesabınızdan asanlıqla fakturalansın və izlənilsin.
  • Android və iOS mobil tətbiqi Harada olmağınızdan asılı olmayaraq, Windows və Android cihazlarınızın təhlükəsizliyi ilə əlaqəli məlumatlar və lisenziyalarınız əlinizin altında.

Bu gün əfsanəvi antivirusu əldə edin

ESET NOD32 Antivirus

ESET NOD32 Antivirus

ESSENTIAL SECURITY 2023 EDITION

Sürətli və yüngül antivirus heç bir donma istəməyən geymerlər və gündəlik istifadəçilər üçün çox əhəmiyyətlidir. Sadəcə quraşdırın və unudun. Windows ve macOS cihazları korur.

Həm istehlakçılar, həm də bizneslər tərəfindən etimad görür

Mitsubishi logo
Canon logo
T-com logo

ESET NOD32 Antivirus neler içeriyor?

Windows

Əhatəli müdafiə

Windows ARM

Əhatəli müdafiə

macOS

Əhatəli müdafiə

Minimal sistem tələbləri və sənədlər

Minimal sistem tələbləri

WINDOWS
Microsoft Windows® 11, 10 və daha yeni versiya əməliyyat sistemləri

Zəhmət olmasa, ARM-da Microsoft Windows-da bəzi xüsusiyyətlərin və funksiyaların dəstəklənmədiyini unutmayın. Daha çox məlumat

macOS
macOS 12 (Monterey), macOS 11 (Big Sur), macOS 10.15 (Catalina), macOS 10.14 (Mojave), macOS 10.13 (High Sierra), macOS 10.12.x (Sierra)

ESET iOS cihazlarını qoruyurmu?
Hazırda ESET iOS üçün təhlükəsizlik həlli təklif etmir. iPhone və iPad-inizi necə qoruya biləcəyinizə dair daha çox məlumat əldə edin.

Tez-tez Verilən Suallar

ESET NOD32 Antivirus alandan sonra necə yükləyə və quraşdıra bilərəm?

ESET NOD32 Antivirus-u aşağıdakı addımları izləyərək yükləyə bilərsiniz:

1. Sisteminizdə olan və daha əvvəl yüklənmiş anti-virusları silin.
2. ESET NOD32 Antivirus quraşdırma faylını buradan yükləyin.
3. Quraşdırma faylına iki dəfə klikləyərək yükləmə prosesini başladın və ekrandakı təlimatları izləyin.
4. ESET HOME hesabınıza giriş edərək və ya hesabınızı yaradaraq və ya unikal lisenziya açarınızı əlavə edərək qorumanızı aktivləşdirin.

Məhsul quraşdırılması və aktivləşdirilməsi haqqında daha çox məlumatı burada tapa bilərsiniz.

Lisenziyamı necə yeniləyə bilərəm?

Lisenziyanızın müddəti bitəndən sonra çox asanlıqla yeniləyə bilərsiniz.
Lisenziyanızı yeniləmək məhsulunuzu aktual saxlayır, qorumanızı davam etdirir və texniki köməyimizə ödənişsiz çatmaq imkanı bəxş edir. Lisenziyanızı buradan yeniləyə bilərsiniz.

Bu lisenziya ilə mobil telefonumu və ya birdən çox əməliyyat sistemini qoruya bilərəm?

ESET NOD32 Antivirus təkcə Windows və ya macOS istifadə edən masaüstü kompüterlərin və noutbukların təhlükəsizliyini təmin edə bilir. Android smartfonunuzu da qorumaq üçün ESET Internet Security və ya ESET Smart Security Premium lisenziyasını almağınız kifayətdir.

ESET NOD32 Antivirus-u almamışdan qabaq sınaya bilərəm?

Bəli, ESET NOD32 Antivirus-un 30 günlük ödənişsiz sınaq versiyasını buradan yükləyə bilərsiniz.

Quraşdırma barədə əlavə məlumatlar buradadır.

İstifadəçilər ESET ilə bağlı olaraq ən çox nəyi bəyənirlər?

Lisenziyanızın müddəti bitəndən sonra çox asanlıqla yeniləyə bilərsiniz.
Lisenziyanızı yeniləmək məhsulunuzu aktual saxlayır, qorumanızı davam etdirir və texniki köməyimizə ödənişsiz çatmaq imkanı bəxş edir. Lisenziyanızı buradan yeniləyə bilərsiniz.

Qiymətləndirmə və ödənişlə bağlı FAQ

Razı qalmasam, geri ödəniş ala bilirəm?

Müştərilərimizin məmnuniyyətinə əhəmiyyət veririk və buna görə də səxavətli 30 günlük geri qaytarmaq siyasəti həyata keçiririk. Əgər aldığınız məhsuldan razı deyilsənizsə, ödənişi tam qaytarmaqdan xoşbəxt olarıq.

Avtomatik yenilənmə nədir?

ESET avtomatik yenilənmə ESET lisenziyalarınızın və məhsullarınızın hər zaman aktual olmasını təmin edərək il ərzində mütəmadi müdafiədə saxlayır. Avtomatik yenilənməni istifadə edərək fakturalandırma və yenilənməni sizin yerinizə biz həll edirik.

Avtomatik yenilənməni aktivləşdirərək, lisenziya müddətinizin sonunda qeyd edilən ödəniş məlumatlarınızı istifadə edərək, lisenziyanızın avtomatik olaraq yenilənəcəyini qəbul etmiş olursunuz.

Yenilənmə tarixinizindən 30 gün əvvəl yaxınlaşan avtomatik yenilənmə və yenilənmə qiymətləri haqqında sizi məlumatlandıracağıq (illik abunələr üçün) və abunəliyiniz avtomatik yeniləndən sonra sizə əməliyyat məlumatlarınızı e-mail vasitəsilə göndərəcəyik.

Abunəliyimi necə ləğv edə bilərəm?

Avtomatik yenilənmə satın alma prosesindən sonra hesabınızda bu funksiyanı bağlamadığınız təqdirdə hər lisenziya bitiş tarixində davam edir. Avtomatik yenilənməni bağlamaq lisenziyanızı ləğv etmir. Lisenziyanızın vaxtı bitənə qədər ESET müdafiəniz davam edəcək. Lisenziya müddətiniz bitməmişdən qabaq sizi məlumatlandıracağıq, beləliklə siz özünüz lisenziyanızı yeniləyə biləcəksiniz.

Lisenziyanız var?

İstədiyiniz hər şeyi müştəri portalında tapa bilərsiniz.

Renew dark grey icon

Lisenziyanızı yeniləyin

Sədaqətinizə dəyər veririk! Bir neçə toxunuşla ESET-i yeniləyə bilərsiniz.

Download for Home dark grey icon

Yükləyin və ya yenidən quraşdırın 

Proqramınızı istifadə etmək üçün məhsulu endirin və mövcud lisenziya açarınızı daxil edin.

Cihazlarınızı idarə edin

Cihaz idarəsi, Anti-Theft və Valideyn Nəzarəti quraşdırılması lisenziya açarı tələb edir.

ESET Premium Support

Köməyə ehtiyacınız var?

Fərdi və ya korporativ ESET-iniz üçün öz dilinizdə ödənişsiz texniki kömək imkanı.

ESET-i tövsiyə edin

Dostlarınızın və ailənizin müdafiəsinə kömək edin. Tövsiyə proqramımızla onlara əlavə olaraq bir aylıq ESET təhlükəsizliyi təmin edin.

Kiçik ofis və ya ev ofisi?

Kiçik ofisiniz və ya ev ofisiniz üçün müdafiəyə ehtiyacınız var?


Bütün cihazlarınız üçün sadə, amma güclü müdafiə.

Həm bir neçə cihazı, həm də böyüyən şirkətinizi qorumaq üçün doğru həllə sahibik.