Hərtərəfli qoruma

ESET aşağıdakı xüsusiyyətlərə hesabına həssas datalarınızı, onlayn ödənişlərinizi, şifrələrinizi, smart evinizi, veb kameranızı və övladlarınızı qoruyur:

Fişinq Qoruması İNKİŞAF ETDİRİLMİŞ
İstifadəçi adları, şifrələr, bankçılıq məlumatları və ya kredit kartı məlumatları kimi həssas məlumatlarınızı ələ keçirməyə çalışan zərərli veb saytlara və mesajlara qarşı qoruyur.

Tətbiq Təftişi
Smartfonunuzda və ya planşetinizdə hansı tətbiqlərin hansı məlumatlara çata biləcəyini görün. Bundan başqa, USB vasitəsilə sistemə qoşulmağa icazə verə bilən Səhv Detektor Rejimi kimi təhlükəsizliyi azalda biləcək həssas cihaz parametrlərini də yoxlayır.

Zəng Filtri
Qeyd edilən nömrələrdən, şəxslərdən və bilinməyən nömrələrdən gələn zənglərin qarşısını alın.

Hərəkətdə ikən USB Skanı
Zərərli proqramların smartfonunuza çatmasının qarşısını almaq üçün əvvəlcə qoşulu olan hər USB cihazı yoxlanılır.

Ödəniş Qoruması
Hesabınızdakı məbləğə çatmaq və ya həssas əməliyyatlar reallaşdırmaq üçün həssas tətbiqlər istifadə etdiyinizdə təhlükəsizliyini artıran yeni bir təhlükəsizlik qatı. Bu funksiya maliyyə kateqoriyasında (Google Play Store-dan endirilir) mövcud olan tətbiqlərin avtomatik olaraq qorunmasını təklif edir.

Tətbiq Kilidi
Tətbiqlərinizi icazəsiz girişə qarşı təhlükəsizlikdə saxlayır. Həssas tətbiqlərə giriş edərkən əlavə autentifikasiya tələb olunur, beləliklə, cihazı başqasına müvəqqəti verəndə də məzmun gizlədilə bilir.

Şəbəkə İnspektoru
Ev şəbəkənizi asanlıqla və rahat şəkildə izləyin. Ev şəbəkənizə qoşulu bütün cihazlar müəyyən olunur və təhlükəsizlik boşluqları üçün avtomatik olaraq nəzarət edilir. Təhlükəsizlik boşluqlarını müəyyən etmək və yeni bir şəbəkəyə qoşulduğunuzda müdafiə səviyyənizi artırmaq üçün ruteriniz də izlənilir. Şifrə gücünə də nəzarət edilir və açıq qoşulma nöqtələri analiz edilir.