Hərtərəfli qoruma

ESET aşağıdakı xüsusiyyətlərə hesabına həssas datalarınızı, onlayn ödənişlərinizi, şifrələrinizi, smart evinizi, veb kameranızı və övladlarınızı qoruyur:

Köçürülə Bilən Daşıyıcı Nəzarəti
Köçürülə bilən daşıyıcı (CD-Rom, FireWire, USB, iOS cihazlar və digərləri) girişinin qarşısını almağı təmin edir. Şəxsi dataların xarici cihaza icazəsiz kopyalanmasının qabağını almağa kömək edir.

Şəbəkə Qoşulmaları
Şəbəkə interfeyslərində nələr baş verdiyini qavramağınıza kömək edir. Sürət və çatdırılan dataların miqdarı ilə hər əməliyyat üçün bütün qoşulmaları görüntüləyir.

Fərdi Təhlükəsizlik Divarı
Firewall Manager pəncərəsini istifadə edərək fərqli tənzimləmələrlə fərqli profilləri asanlıqla təyin edin. Əvvəlcədən müəyyən olunmuş 3 profildən təhlükəsizlik divarı müdafiəsinin səviyyəsini seçin: Ümumi / Ev / İş bölgəsi. Seçilən tətbiqlərin, xidmətlərin və port nömrələrinin bütün gələn/gedən qoşulmalarına İcazə verin / Bloklayın. Eyni şəbəkədəki kompüterlərin bütün qoşulmalarına, IP adresinə görə bir kompüterə qoşulmalarına, ada və təsir dairəsi adına qoşulmalarına İcazə verin/Bloklayın. Hər hansı bir IP adresinin təhlükəsizlik divarı tərəfindən bloklanmamasını seçin.

Fişinq Qoruması
İstifadəçi adı, şifrə və bankçılıq məlumatları kimi həssas datalarınızın və gizliliyinizin orijinallarını təqlid edən saxta veb saytlar tərəfindən oğurlanmasının qarşısını alır.

Valideyn Nəzarəti
İcazə verilən/bloklanan və ağ siyahıya/qara siyahıya alınmış veb-saytlarına görə kateqoriyaları tənzimləyin. Əvvəlcədən təyin edilmiş profillər arasından seçim edin (Uşaq, Gənc, Valideyn) və ehtiyaclarına görə ətraflı tənzimləmələr edin. Bunların tam siyahısına baxın: Giriş edilən səhifələr, kateqoriyalar, tarixlər və saatlar.


Password Manager MƏHSULA DAXİL DEYİL
Şifrələrinizi qoruyub formalaşdırmağınıza, anketləri avtomatik doldurmağınıza və çox güclü şifrələr yaratmağınıza kömək edir. Xatırlamalı olduğunuz tək şey əsas şifrənizdir. Bundan başqa, hər veb saytdan çıxış edə bilər və axtarış keçmişinizi distant olaraq təhlükəsiz saxlaya bilərsiniz. Təhlükəsizlik hesabatı ilə hesabınızın təhlükəsizliyi haqqında məlumat sahibi ola və şifrələriniz təhlükəəd olduğunda təhlükəsizlik bildirişləri ala bilərsiniz. IOS sifət tanıması inteqrasiya edilib və şifrələrinizin təhlükəsizliyini daha da artırmaq üçün Google Authenticator ilə iki faktorlu autentifikasiya (2FA) daxil edilə bilər.

ESET Smart Security Premium ilə mövcuddur.